Ölçü vahidləri
Ədəd, kq, litr, metr, qutu… Vahid olmadan məhsul yaratmaq mümkün deyil, ona görə kataloqdan əvvəl doldurulur.
- Qutu / ədəd kimi çoxluq vahidləri üçün «əlavə vahid» qurun — alışı qutu ilə, satışı ədədlə edə bilərsiniz.
Topdan satışda əsas yük — qiymət siyasəti və borclar. Sistem hər müştəri qrupuna öz qiymətini verir, nisyəni qrafikə salır, B2B portal isə müştərinin özünə sifariş verməyə imkan yaradır.
Nə satdığınızı sistem bilməlidir
Ədəd, kq, litr, metr, qutu… Vahid olmadan məhsul yaratmaq mümkün deyil, ona görə kataloqdan əvvəl doldurulur.
Kateqoriya — kataloqun əsas ağacı, teq isə ikinci ox (məsələn «aksiya», «sifarişlə»). Hesabatlar hər ikisi üzrə süzülür.
Formada çox sahə var, amma məcburi olan cəmi ikisidir: Ad və Vahid. Qalanı ya avtomatik doldurulur, ya da sonra əlavə edilə bilər. Aşağıda hər sahənin nə üçün olduğu yazılıb — bir dəfə oxuyun, sonra 30 saniyəyə məhsul yaradacaqsınız.
Bütün mallar siyahısını əl ilə yığmaq lazım deyil: 9 sütunlu sadə cədvəli birbaşa Excel-dən yapışdırın, sistem önizləmə göstərir və çatışmayan kateqoriya/brend/vahidi özü yaradır.
Seçilmiş məhsullar üçün etiket vərəqi hazırlanır: ad, qiymət, barkod. Etiket olan mal kassada saniyədə skan olunur.
Topdan işdə eyni mal fərqli müştəriyə fərqli qiymətə gedir. Qiymət qrupu yaradın və müştəri kartında ona bağlayın — satış sənədində qiymət avtomatik dəyişir.
Müştərilər və təchizatçılar — biznesin ən bahalı aktivi
Hər müştərinin kartında bütün sənədləri, borcu, ödənişləri və hesablaşma aktı toplanır. Kim nə alıb və nə vaxt sonuncu dəfə gəlib — hamısı bir yerdə.
Təchizatçı da kontaktdır, sadəcə tipi başqadır. «Kontaktlar» səhifəsində «Təchizatçılar» bölməsinə keçin və kimdən mal aldığınızı yazın: ad, telefon, VÖEN, ödəniş şərti. Alış sənədi məhz bu siyahıdan seçilir — onsuz alışı qeyd etmək olmaz.
Müştəri və təchizatçı siyahısını əl ilə yığmaq lazım deyil — hazır cədvəli idxal edin.
Kim nə qədər borcludur və neçə gündür gecikir — bir siyahıda. Buradan birbaşa SMS xatırlatma göndərilir.
Borclular
Eyni şeyin əks tərəfi: hansı təchizatçıya nə qədər borcunuz qalıb. Alışı ödənişsiz qeyd edəndə borc avtomatik buraya düşür.
Malın sistemə girdiyi yer
Təchizatçıdan mal gələndə alış sənədi yaradın: təchizatçını seçin, mövqeləri və alış qiymətini yazın. Sənəd təsdiqlənəndə qalıq artır, maya dəyəri yenilənir, ödənilməyibsə təchizatçıya borc yazılır.
Bütün alış sənədləri bir siyahıda: kim, nə vaxt, nə qədər, ödənilib ya yox. Qismən ödəniş də mümkündür — qalıq təchizatçı borcunda görünür.
Zay, çatışmayan və ya səhv gələn mal geri göndərilir: qalıq azalır, təchizatçıya olan borcunuz düşür.
Sistem satış sürətinə görə hesablayır ki, hansı mövqe bitmək üzrədir. Sifariş nöqtəsi hesabatı hazır sifariş siyahısı verir — «bitdikdən sonra» xəbər tutmamaq üçün.
Dövr üzrə nə qədər aldınız və nə qədər satdınız — pulun anbara nə qədər «donduğunu» göstərən əsas hesabat.
Alış və Satış
Qalıqlar həqiqətə uyğun olsun
Sistemə keçəndə anbarda artıq mal var. Onu alış kimi yox, «başlanğıc qalıq» kimi yükləyin — mənfəət hesabatı təhrif olunmasın.
Anbardan mağazaya mal göndərmək üçün köçürmə sənədi. Bir filialda qalıq azalır, digərində artır — itki olmur.
Rəfdəki real miqdarı sayıb sistemə yazırsınız; fərq avtomatik düzəliş kimi qeydə alınır və qalıq həqiqətə uyğunlaşır.
Xarab olan, sınan və ya itən mal buradan silinir; artıq çıxan mal da buradan əlavə edilir. Sənəddə səbəb qeyd olunur, itkinin məbləği hesabatda ayrıca görünür — anbar «öz-özünə» azalmır.
Hansı filialda nə qədər mal var və nəyin pulu anbarda «donub» — qalıqların dəyəri ilə birlikdə.
Müştəri özü sifariş versin
Satış sənədi ilə yükün faktiki göndərilməsi ayrı şeydir. Göndərmə statusu ilə hansı sifarişin hələ yola düşmədiyini görürsünüz.
Göndərmə
Müştəri mağazanız üçün ayrıca kabinet: öz qiyməti, real qalıq, sifariş səbəti. Sifariş sistemə düşür və «Satışa çevir» düyməsi ilə sənədə çevrilir — telefon və WhatsApp sifarişləri azalır.
Hər müştəri üçün ayrıca giriş yaradılır və onun qiymət qrupuna bağlanır. Portal linki: /portal/mağaza-adı.
Girişlər
Portaldan gələn sifarişlər siyahıda toplanır: baxırsınız, düzəldirsiniz, satışa çevirirsiniz.
B2B sifarişləri
Pulun sistemə girdiyi yer
Sürətli satış: barkod skan edilir, ödəniş növü seçilir, çek çap olunur. Klaviatura ilə də işləyir, toxunma ekran da dəstəklənir.
Növbənin əvvəlində kassanı açırsınız, sonunda bağlayırsınız. Sistem nağd/kart üzrə yekunu çıxarır və faktiki pulla fərqi göstərir.
Faktura, təhvil-təslim, hissə-hissə ödəniş — POS-dan fərqli olaraq burada tam sənəd yaranır və çap oluna bilər.
Müştəriyə qiymət təklifi göndərin; razılaşdıqda bir düymə ilə satışa çevrilir və anbardan silinir.
Təkliflər
Müştəri malı geri gətirdikdə qaytarma sənədi yaradılır: mal anbara qayıdır, pul kassadan çıxır, mənfəət düzəlir.
Hissə-hissə ödəniş üçün qrafik qurulur: kim, nə vaxt, nə qədər. Vaxtı çatan ödənişlər «Borclular»da qırmızı görünür.
Pulun harada olduğunu görmək
İcarə, maaş, kommunal, yanacaq — kateqoriyalara bölünmüş xərclər. Onlarsız «mənfəət» rəqəmi yalan olur.
Bütün daxilolma və çıxışlar bir lentdə: hansı hesaba, nə vaxt, nəyə görə. Hesablar arasında köçürmə də buradan.
Qərar vermək üçün rəqəmlər
Bütün hesabatlar bir səhifədə kart şəklində. Hər birində tarix və filial süzgəci, Excel-ə ixrac var.
Hesabatlar
Dövriyyə yox, mənfəət göstərir: hansı mal, kateqoriya və ya müştəri nə qədər qazandırır. Zərərlə satılan mövqeləri dərhal görürsünüz.
Kim nə qədər satıb, orta çek, endirim payı, qaytarmalar. Mükafat sistemini bunun üstündə qurmaq olar.
İstifadəçilər
Kim nə qədər alıb, nə vaxt sonuncu dəfə gəlib, orta çeki nədir — itirilməkdə olan müştəriləri görmək üçün.
Müştərilər
Məcburi deyil — sistem bunlarsız da işləyir
1cloud sizin daxili uçot sisteminizdir. Məlumatlarınız vergi orqanlarına, banka və ya hər hansı üçüncü tərəfə ötürülmür, avtomatik bəyannamə göndərilmir — nə bu bölmədə, nə də başqa yerdə. Buradakı ayarlar sadəcə sənədlərin görünüşünə və hesabatların dəqiqliyinə xidmət edir. Heç birini doldurmasanız da sistem tam işləyəcək; istədiyiniz vaxt qayıdıb əlavə edə bilərsiniz.
Biznesin adı, valyuta və çeklərdə görünəcək məlumatlar. Adətən qeydiyyatda yazdığınız məlumatlar burada artıq hazırdır — sadəcə göz gəzdirin.
Tək mağazanız varsa, bu addımı keçin: bir filial artıq yaradılıb və hər şey onun üzərində işləyir. İkinci nöqtə, ayrıca anbar və ya sex açanda isə onu buradan əlavə edirsiniz — qalıqlar və hesabatlar filial üzrə bölünür.
Tək işləyirsinizsə, bura lazım deyil. İşçiniz varsa, ona öz hesabını açın: kimin nə satdığı görünsün. Rol — hüquqlar dəsti; məsələn satıcı maya dəyərini və mənfəəti görməsin deyə «Satıcı» rolu qurulur.
Rol hazır olandan sonra işçiyə hesab açırsınız: ad, giriş adı, parol və rol. Bir hesabı bir neçə nəfərə verməyin — onda hesabatda kimin nə etdiyi itir.
Nağd kassa artıq var və POS-da işləyir. Bank hesabı, terminal və ya ikinci kassa əlavə etmək istəsəniz — buradan. Bu, sizin daxili bölgünüzdür: bankla heç bir bağlantı qurulmur, sadəcə pulun hansı «cibdə» olduğunu görürsünüz.
Sistem işləsin deyə nə etmək lazımdır
Kassa növbəsini açın, İcmal səhifəsində dünənin yekununa və borclulara baxın.
İcmal
Bütün satışlar POS və ya satış sənədi ilə, bütün gələn mal alış sənədi ilə, bütün xərclər «Xərclər» bölməsi ilə. Kənarda qalan hər əməliyyat hesabatı yalan edir.
Rentabellik və sifariş nöqtəsi hesabatlarına baxın: nə qazandırır, nə bitmək üzrədir.
RentabellikƏtraflı məqalələr «Təlimat» bölməsindədir. Orada da tapmasanız — WhatsApp-dan yazın, kömək edək.
TəlimatQeydiyyat 1 dəqiqə çəkir. Sistemin içində eyni təlimat «Təlimat» bölməsində sizi gözləyir.
Qeydiyyatdan keç Demoya bax