TəlimatYeniliklər
Başlanğıc

Yeniliklər

1Cloud-da son əlavələr və təkmilləşdirmələr — nə dəyişdi, nə əlavə olundu.

1Cloud hər həftə təkmilləşir. Bu səhifədə son əlavələri və dəyişiklikləri görə bilərsiniz.

Loqo fakturada, ödənişlərə tam nəzarət 01.09.2026

  • Ayarlar → biznes loqosunu yükləyin: o, A4 fakturada, çekdə, alış sənədində və üzləşmə aktında görünəcək
  • Səhv yazılmış ödənişi silmək olar — sənədin içindən, kontakt kartının «Ledger» siyahısından və açılış balansının yanından
  • «Ödəniş al» ilə yığılan pul artıq kassa növbəsinə də düşür (əvvəllər yalnız POS satışları düşürdü)
  • Fakturadakı «Əvvəlki borc» sənədin öz tarixinə görə hesablanır — köhnə fakturalar bir daha dəyişmir
  • «Ödəniş al» müştərinin əvvəlki artıq ödənişini nəzərə alır və eyni pulu ikinci dəfə yığmır

Qaytarma borcu azaldır, satış hesabatı isə artıq sayla baxıla bilir 27.08.2026

  • «Məhsul satışı» hesabatında «Sayla / Məbləğlə» seçimi: siyahı seçdiyiniz göstərici üzrə sıralanır
  • Həmin hesabatda «Aylıq» rejimi: sətir — məhsul, sütun — ay, xanada həmin ay neçə ədəd satılıb. Excel-ə də eyni cədvəl çıxır
  • «Trend məhsullar» da sayla sıralana bilir — bahalı məhsul gəlirdə birinci, ucuz məhsul isə sayda birinci olur
  • Məhsulun kartındakı qrafik indi 12 ay göstərir və «Sayla / Məbləğlə» arasında keçid edir
  • Məhsul şəkli artıq itmir: telefondan çəkilmiş 2–5 MB-lıq foto da yüklənir (server özü kiçildir), şəkil məhsulun kartında da görünür
  • Açılış balansını kontaktı redaktə edərkən dəyişmək və ya 0 yazıb tamamilə silmək olar — səhv yazılan balans artıq kontaktın silinməsinə mane olmur
  • Satış qaytarılanda müştərinin borcu dərhal azalır — borclular siyahısında, kontakt kartında, kassada müştəri seçəndə və fakturada çap olunan «əvvəlki borc»da. Pulu artıq qaytarmısınızsa, borc dəyişmir
  • Alış qaytarması eyni qaydada bizim təchizatçıya olan borcumuzu azaldır
  • Kredit limiti də qaytarmanı nəzərə alır — qaytardıqdan sonra müştəriyə yenidən nisyə satmaq olur
  • Satış sənədinin içində «Qaytarma» bloku: hansı qaytarma, nə vaxt, nə qədər — bir kliklə keçid. Qaytarma sənədindən isə əsas satışa qayıtmaq olar
  • Satışlar siyahısında qaytarılmış satışlar ↩ nişanı ilə görünür; «Satış → Qaytarmalar» siyahısında hər qaytarmanın yanında öz fakturasının nömrəsi var və axtarış həmin nömrə ilə də işləyir
  • Borc yığımı ekranında qaytarma ayrıca sətirlə göstərilir ki, borcun niyə azaldığı aydın olsun

Məhsulları cədvəldə toplu yaratmaq, teqlər və sürətli qalıq düzəlişi 25.08.2026

  • «Toplu məhsul yarat»: məhsulları birbaşa cədvəldə sətir-sətir yazın — Tab növbəti xanaya, Enter yeni sətirə keçir. Excel faylını yükləyəndə də sətirlər həmin cədvələ düşür: yoxlayın, düzəldin, sonra idxal edin
  • Kateqoriya, brend və vahid xanalarında hazır siyahı — sistemdə yoxdursa, sadəcə yazın, özü yaranacaq
  • Teqlər: kateqoriyadan asılı olmayan ikinci qruplaşdırma (məsələn «Quru yeməklər» / «Yaş yeməklər») — bir məhsula bir neçə teq
  • Məhsullar siyahısında sütunları özünüz seçirsiniz: 25-dək sahə, hər filial üzrə ayrıca qalıq sütunu, sıralama sizin qaydanızla. Excel-ə də həmin sütunlar çıxır
  • Qalıq xanasına iki dəfə klikləyib dəyişmək olar — fərq üçün anbar sənədi avtomatik yaranır, tarixçə itmir
  • Topdan qiymət: məhsula ikinci qiymət, müştəriyə «Topdan müştəri» işarəsi — satışda avtomatik tətbiq olunur
  • Artikul (OEM/kross) nömrələri və rəf yeri artıq bütün axtarışlarda işləyir: kassa, alış, köçürmə, inventarizasiya, mobil tətbiq
  • Satışlar siyahısında müştərini dəyişmək olar — borc yeni müştəriyə keçir, dəyişiklik sənədin tarixçəsində qeyd olunur
  • Fakturada çatdırılma ayrıca sətirlə görünür; sənədin «Qeyd» mətnini də çap etmək olar (Ayarlardan aktivləşdirin)

Yeni «Maliyyə» bölməsi: pulunuz harada və nə qədərdir 13.08.2026

  • Yeni «Maliyyə» bölməsi: Kassa və Bank hesablarının qalıqları + bütün mədaxil/məxaric lenti — hər ödəniş avtomatik hesaba düşür
  • Hesablar arası köçürmə (məs. inkassasiya) və əl ilə mədaxil/məxaric əməliyyatları
  • İdarə panelində «Maliyyə» zolağı: hesab qalıqları və seçilmiş dövr üzrə pul axını — bir kliklə bölməyə keçid
  • Panelin yuxarısında sürətli düymələr: POS satış, yeni satış, alış, xərc, məhsul
  • Yeniliklər artıq panelin ən yuxarısında incə banner kimi görünür — yeni buraxılışları qaçırmayacaqsınız

Rollar və icazələr: kimin nəyi görməsinə tam nəzarət 12.08.2026

  • Yenilənmiş rol redaktoru: icazələr bölmələr üzrə qruplaşdırılıb, hər biri sadə dildə izah olunur
  • Nöqtəvi görünürlük: alış qiyməti, mənfəət, müştəri telefonları — hər sahəni ayrıca gizlətmək olar (satıcı görməsin, mühasib görsün)
  • Gizlədilən məlumatlar serverdə kəsilir — brauzer hiyləsi ilə açmaq mümkün deyil
  • «Maliyyə» bölməsi üçün ayrıca icazələr: baxış, köçürmə, əl ilə mədaxil/məxaric, silmə

Mobil tətbiq: «1Cloud — Biznes və Satış» App Store və Google Play-də 10.08.2026

  • Telefondan tam iş: satış, alış, borclar, kontaktlar və günün mənzərəsi
  • İnternetsiz də işləyir — kataloq və sənədlər telefonda saxlanılır, əməliyyatlar şəbəkə qayıdanda avtomatik göndərilir
  • Kamera ilə barkod skaneri — məhsulu bir saniyəyə tapın
  • App Store və Google Play-də «1Cloud» axtarın və ya saytdakı keçidlərdən yükləyin

Masaüstü (desktop) versiya — Windows və macOS üçün 05.08.2026

  • Kompüterə quraşdırılan 1Cloud: brauzersiz, bir kliklə açılır — saytdan yükləmək mümkündür
  • Offline rejim: internet kəsiləndə də satış davam edir
  • Kassa kompüterləri üçün ideal — tam ekran POS rejimi

Sahə modulları: Otel, İstehsal, Çiçək və B2B Portal 28.07.2026

  • Otel/Hostel: bron şahmatkası, otaq və çarpayılar, tariflər, təmizlik — çıxışda avtomatik satış sənədi
  • İstehsal: reseptlər (BOM) və istehsal əmrləri — xammal silinir, hazır məhsul anbara düşür, maya dəyəri hesablanır
  • Çiçək mağazası: sifariş lövhəsi, buket reseptləri, yığım, floristlər və zay uçotu
  • B2B Portal: topdan müştəriləriniz üçün ayrıca kabinet — öz qiyməti ilə sifariş verirlər, siz bir kliklə satışa çevirirsiniz
  • Modullar istəyə görə qoşulur — bizə yazın, aktivləşdirək

Asan başlanğıc: sadə qeydiyyat, demo məlumatlar və Yardım mərkəzi 20.07.2026

  • Qeydiyyat 1 dəqiqəyə: yalnız ad və telefon — sistem dərhal açılır
  • Biznes növünüzə uyğun nümunə məlumatlar — sistemi dolu halda görüb öyrənirsiniz, sonra bir düymə ilə silinir
  • Yardım mərkəzi 1cloud.az/help: başlanğıcdan hesabatlara qədər addım-addım təlimatlar
  • «İlk addımlar» bələdçisi idarə panelində — məhsul, satış, kataloq importu

Sənəd düzəlişi və yeni hesabatlar 14.07.2026

  • Satış, alış və xərc sənədlərini sonradan düzəltmək mümkündür — anbar və ödənişlər avtomatik yenidən hesablanır
  • Yeni hesabat: Müştərilər — kim nə qədər alıb, borcu nə qədərdir, nə vaxtdan gəlmir
  • Yeni hesabat: İşçilər — hər satıcının satışı, orta çeki və gətirdiyi mənfəət
  • Rentabellik hesabatı: hansı məhsul həqiqətən qazandırır

İstənilən tarix aralığı və axtarışda qalıq sıralaması 07.07.2026

  • Bütün hesabatlarda və siyahılarda (Satış, Alış, Xərclər) «Tarix» — istənilən tarix aralığını seçin
  • İdarə panelində də tarix aralığı + qrafikdə günlük satış məbləği (xəttə toxunanda görünür)
  • Satış axtarışında sıralama: qalığı çox olanlar əvvəl (istəsəniz — az olanlar və ya A→Z)
  • Sətir menyusu («▾») artıq tam görünür — kəsilmirdi problemi həll olundu

Ağıllı axtarış və xərclərdə borc ödənişi 06.07.2026

  • Axtarış sözlərlə işləyir: «caska cs55» — hər iki söz addakı istənilən yerdə tapılır (satışda, məhsullarda, yuxarı axtarışda)
  • Xərclərdə borc qalan sənədə sonradan ödəniş etmək və xərci silmək mümkündür
  • Məhsul səhifəsində «Son satışlar» — hər satışın dəqiq tarixi və saatı
  • Alış və satış sənədlərində artıq saat da qeyd olunur

Satış sil, qaytarma sil və POS-da qiymət düzəlişi 03.07.2026

  • Satışın silinməsi düzəldildi — anbar və ödənişlər avtomatik geri qayıdır
  • Qaytarmaların silinməsi əlavə olundu
  • POS-da hər sətirin qiymətini ayrıca dəyişmək mümkündür
  • Yeni qeydiyyatdan keçənlər üçün: qeydiyyatdan dərhal sistemə giriş və «İlk addımlar» bələdçisi

Təklifiniz var? WhatsApp-la yazın — real istifadəçilərin təklifləri əsasında sistemi inkişaf etdiririk.

Hazırsınız? İndi sınayın

Pulsuz hesab yaradın və bu addımları öz biznesinizdə tətbiq edin.

Qeydiyyatdan keç